Bu gün AVRO-2024-də 1/8 final mərhələsinə yekun vurulub.
Presssport.az xəbər verir ki, son 2 matçla 1/4 finalın son iştirakçıları da müəyyənləşib.
Rumıniya Niderlandla qarşılaşıb. Ronald Kumanın komandası böyükhesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
Digər oyunda isə qardaş ölkə Türkiyənin milli komandası Avstriya yığmasıyla görüşüb. Türklər maraqlı, gərgin keçən keçən görüşdə müdafiəçisi Merih Demiralın dubluyla 2:1 hesablı qələbə qazanıb. Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayaraq
Niderland yığmaısyla qarşılaşacaq.
Xatırladaq ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.
2 iyul
23:00. Avstriya - Türkiyə - 1:2
Qollar: Mixail Qreqoriç, 66 - Merih Demiral, 1, 59
Baş hakim: Artur Diaş (Portuqaliya)
"Red Bull Arena"
20:00. Rumıniya - Niderland - 0:3
Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Allianz Arena"
1/4 final
Türkiyə - Niderland
Fransa - Portuqaliya
İspaniya - Almaniya
İngiltərə - İsveçrə
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC