“Sabah” hücumçusu Emmanuel Apehlə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 28 yaşlı nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Klub Apehə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayıb.
Emmanuel 2022-ci ilin yayından "Sabah"da çıxış edərəj, heyətində Premyer Liqamızın gümüş və bürünc medalçısı olub.
Xatırladaq ki, "Sabah" bunadək 4 legionerlə - Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva və Maruan Hadudiylə vidalaşmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC