Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandasını AVRO-2024-ün 1/4 finalına adlaması münasibəti ilə təbrik edib.
Presssport.az xəbər verir ki, türklər ötən gecə 1/8 finalda Avstriya yığmasını 2:1 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Ərdoğan oyundan sonra sosial şəbəkə hesablarında paylaşım edərək, bunları yazıb:
“Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.
Xatırladaq ki, Vinçentso Montellanın komandası 1/4 finalda Niderland yığmasıyla görüşəcək. İyulun 6-da keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC