“İki il əvvəl başlayan nağılımız bu gün başa çatdı" - Rumıniya millisinin baş məşqçisi

Rumıniya millisinin baş məşqçisi Eduard Yordenesku AVRO-2024-ün 1/8 finalında Niderland yığmasına uduzaraq (0:3) turnirlə vidalaşmaqları haqda danışıb.

Presssport.az xəbər verir ki rumıniyalı mütəxəssis komandasının mərhələ adlamaq üçün əlindən gələni etdiyini deyib: “İki il əvvəl başlayan nağılımız bu gün başa çatdı. Komanda əlindən gələni etdi, lakin son nəticə məyusedicidi. Matç bizim üçün heç də yaxşı keçmədi. Uduzduğumuzaə görə üzülürük. Dünyanın hər bir tərəfindən gələn Rumıniya azarkeşlərinə öz təşəkkürümü bildirirəm. Rumıniya xalqı futbolçuları ilə fəxr etməlidir". 

Yordeneskunun sözlərinə görə, daha çox irəliyə getmək istəyirdilər və bunun üçün bütün güclərini verdilər: "Rumınlar özlərinə inanmalıdı. Bu, komandaya fantastik nailiyyətlər gətirir. Rumıniya yeni nəsil futbolçular yetişdirməlidi. Hazırkı millinin futbolçuları nümunə kimi çıxış etməlidi. Hazırda ölkə əhalisi ilə milli komanda arasında qurulan əlaqə bizim üçün yeni başlanğıc ola bilər”.

 

 


 



 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC