AVRO-2024-ün 1/8 finalında keçirilən Avstriya - Türkiyə matçının (1:2) ən yaxşı futbolçusu açıqlanıb.
Presssport.az xəbər verir ki, bu ada 26 yaşlı müdafiəçi Merih Demiral layiq görülüb.
Belə ki, Merih oyunun 1-ci dəqiqəsində hesabı açıb, 59-cu dəqiqədə isə özünün və komandasının 2-ci qolunu vurub.
Həmçinin Demiral oyunda dəfələrlə rəqibin təhlükəli hücumlarının qarşısını kəsməyi bacarıb. Nəticədə Türkiyə 2:1 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC