“Çox vacib matçda qələbə qazandıq. Bir az yorğunuq var. İlk dəqiqədən sonadək komanda ruhunu əks etdirdik. Bu turnirdə komanda ruhunu ilk dəfə idi ki, gördük. Futbolçularım adına çox şadam”.
Presssport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AVRO-2024-ün 1/8 finalında Avstriya yığmasına qalib gəldikləri oyundan (2:1) sonra deyib.
O, artıq ilkin hədəflərinə çatdıqlarını vurğulayıb: "İlk matçlarda komandanın müəyyən çatışmazlıqları var idi. Bu gün kollektivimiz çox böyük iş bacardı. Tarixi nəticə əldə etdik. Qrup mərhələsinə baxanda deyə bilərəm ki, heç bir matç asan deyil. Biz tək ürək kimi çıxış etməyə çalışdıq. Növbəti matç üçün hər şey mümkündü. Bilirik ki, bu, bir turnirdir. Düzünü desəm, birinci hədəfimiz 1/4 final idi".
İtaliyalı mütəxəssisin sözlərinə görə, növbəti rəqib olan Niderland yığmasıyla qarşıdan gələn oyuna da bu cür hazırlaşacaqlar: "Çoxlu azarkeşimiz var. Onlar ehtiraslı, həvəsli və inanılmazdı. Bilirik ki, bütün dünyadakı türklər bizimlədi. Böyük əzmlə çalışdığınız zaman arzularınıza çata bilərsiniz ki, bunu etdik. Niderlandla oyuna da ən yaxşı və eyni şəkildə hazırlaşacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC