"Sumqayıt"ın Türkiyədəki rəqibləri müəyyənləşib

“Sumqayıt”ın Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi 2 yoxlama oyunundakı rəqibləri müəyyənləşib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun komandası iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Xatırladaq ki, “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC