"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Presssport.az xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridi (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC