"Şamaxı" daha 2 legioner transfer edir: "Tezliklə ölkəmizə gələcəklər"

Transfer çalışmalarını davam etdirən “Şamaxı” daha 2 legionerlə müqavilə imzalayır. 

Presssport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. 

O bildirib ki, müdafiəçi Lubeni Haukonqo və hücumçu Morqan Ferrierin keçidi reallaşmaq üzrədir: “Hər iki oyunçu ilə razılıq əldə olunub. Tezliklə ölkəmizə gələcəklər. Tibbi müayinədən uğurla keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq”. 

A.Abbasov əlavə edib ki, daha bir stopper axtarışı davam edir. 

Qeyd edək ki, 23 yaşlı Lubeni Haukonqo Zamibiya millisinin üzvüdür. O, vətənində “Svakopmund” və “Eleven Arrovs”da forma geydikdən sonra 2019-cu ildə “Lill”in B komandasına cəlb olunub. Haukonqo daha sonra CAR-ın “Chippa United” və “Cape Taun Spurs” klublarında çıxış edib. 

İngiltərəli Morqan Ferrierin isə 29 yaşı var. O, həm vinger, həm də mərkəz hücumçusu kimi çıxış edir. Vətənində aşağı liqa təmsilçiləri “Nottingem Forest”, “Ketterinq Taun”, “Krey Uonderers”, “Bishop's Stortford”, “Hemel Hempstead Taun”, “Boreham Vud”, “Dagenham & Redbridge”, “Boreham Vud”, “Uolsoll” və “Tranmere Rovers”də forma geydikdən sonra 2021-ci ildə İsrailin “Makkabi Petah Tikva” klubuna transfer olunub. Növbəti mövsümü “İroni Kiryat Şmona”da keçirən Morqan Ferrier 2022-2023 mövsümünün ilk yarısını Taylandın “Nakhon Ratşasima”, ikinci yarısını BƏƏ-nin “Al Urooba” klubunda forma geyib. İngilis forvardın son klubu “Hapoel Acre” olub.

Xatırladaq ki, "Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov,  Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya və Kamal Bayramovu da də heyətinə qatıb (qol.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC