"Sumqayıt"ın rəqibinin yeni transferi müqaviləsinin ləğvini istədi, klub da buna "hə" dedi

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yeni transferi Corc Dobsonla müqaviləni ləğv edib.

Presssport.az xəbər verir ki, bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi fevralda "Fehervar"la müqavilə imzalamışdı və iyulun 1-də komandaya qoşulmalı idi. Ancaq 26 yaşlı futbolçu ailə məsələləri ilə bağlı "Fehervar"dan müqaviləni ləğv etməyi xahiş edib. Klub da onun bu istəyini yerinə yetirib.

Xatırladaq ki, Sumqayıt”ın “Fehervar”la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü 31-də Macarıstanda keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC