Türkiyə millisinin 2 futbolçusu 1/4 final matçını buraxacaq

Türkiyə millisi AVRO-2024-ün 1/4 finalında Niderland yığmasıyla keçiriləcək oyuna itkilərlə çıxacaq.

Presssport.az xəbər verir ki, yarımmüdafiəçilər Orkun Kökcü və İsmayıl Yüksek cəzalı duruma düşüb.

Hər iki oyunçu ötən gecə 1/8 finalda Avstriya millisiylə görüşdə sarı vərəqə alıb. Bu, onların turnirdəki 2-ci sarı vərəqəsi olduğundan hər iki futbolçu qarşıdakı matçı buraxmalı olacaq.

Xatırladaq ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC