Güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Presssport.az xəbər verir ki, bu gün qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Elvina Kərimzadə (50 kq) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq.

Nərgiz Səmədova (55 kq) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.

Ruzanna Məmmədova (59 kq) almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) Məmmədova adını finala yazdırıb. Ruzanna həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.

Fatimə İsayeva (68 kq) ilk mərhələsində rusiyalı Alina Şevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəlliverici görüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC