"Turan Tovuz"un braziliyalı yeni transferi Kristian da Silva ölkəsinin mətbuatına danışıb.
Presssport.az xəbər verir ki, "Sabah"dan ayrılaraq Tovuz klubuna keçidini şərh edib: "Turan Tovuz"da oynamaq şansım yarandığı üçün çox şadam. Bu çox yaxşı tanıdığım klubdu. Son üç mövsüm Azərbaycanda oynamışam, ona görə də yeni kluba uyğunlaşma asan olacaq. Yeni klubum yaxşı struktura malikdi və orda yaxşı şərait yaradıb. Ümid edirəm ki, mənə olan ümidləri doğrulda biləcəm və bu mövsüm kluba kömək edəcəm. İndi mövsümöncəsi məşqlərə başlayırıq, qarşıda bizi yoldaşlıq oyunları gözləyir".
Kristianın sözlərinə görə, tətil zamanı məşq edib və kollektivə yaxşı fiziki formada düşərgəyə qoşulub: "İndi komanda yoldaşlarımızla daha da yaxşı hazırlaşmağın vaxtıdı. Çalışacam ki, mövsümü gözəl keçirim və klubun qarşıya qoyduğu məqsədlərə çatım".
Xatırladaq ki, "Turan Tovuz" 35 yaşlı yarımmüdafiəçiylə 1+1 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC