Millimizin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Presssport.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, klub 29 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Məmmədovun karyerasını yenidən Vətənində davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, Rahil 2024-cü ilin əvvəlində "Qarabağ"dan LKS-yə keçmişdi. Lodzlular keçən mövsümün yekununa əsasən elitada yerini qoruya bilmyərək I Liqaya düşüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC