"Xoşbəxtəm ki, bu uğura nail oldum” - Mert Gunok

Almaniyada keçirilən AVRO-2024-ün 1/8 finalında Türkiyə-Avstriya matçının 90+5-ci dəqiqəsində etdiyi kritik qurtarışla gündəmə gələn qapıçı Mert Günok turnirin rəsmi hesabında sualları cavablandırıb.

Presssport.az xəbər verir ki, 35 yaşlı qolkiper çempionata yaxşı hazırlaşdıqlarını və son qarşılaşmaya psixoloji hazır çıxdıqlarını vurğulayıb: “Bu, nəticələrə də yansıdı. Portuqaliya matçı uğursuz alındı. Zədəyə görə həmin qarşılaşmada oynaya bilmədim. Burda olmaq və oynamaq mənim üçün çox vacibdi. Xoşbəxtəm ki, bu uğura nail oldum”.

Mert Almaniyada türk azarkeşlərin dəstəyinin vacibliyindən də danışıb: “Burda “sanki evimizdə oynayırıq” deyə bilərəm. Matçlarda tribunaların 70-80 faizinin azarkeşlərimiz olduğunu gördük. Bizi çox yaxşı dəstəkləyəcəklər”.

O, keçmiş qapıçı Mahir Günokun oğlu olduğunu, idmanın ailəsinin genetikasından gəldiyini diqqətə çatdırıb: “Atamın keçmiş qapıçı olması bura gəlməyimdə mühüm rol oynadı. Onun keçmiş idmançı olması futbol həyatımı nizam-intizamla davam etdirməyimə imkan verdi. 3 il əvvəl ağır zədə alsam da, əsas milli səviyyəsinə çata bildim. İdmançı ailəsində böyümüşəm. Əmim və babam da keçmiş futbolçulardı”.

"Beşiktaş"ın təcrübəli qapıçı qarşıdakı matçlarda penaltilər seriyasına getməsinə icazə verməyəcəklərini söyləyib: “Penaltilərə getməsini istəmirik. Hər komanda matçı öncədən bitirmək istəyir. Qapıçılar bu zaman önə çıxa bilər. Bunun olmaması üçün zehni və praktiki çalışırıq”.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC