“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

Bakı İdman Sarayında təşkil olunan “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 turdan sonra A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən 0,5 xal geri qalır və 4-9-cu yerləri bölüşdürür.

B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə 1-ci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tutur.

Onu da bildirək ki, urnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edir
Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC