Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətinə yeni futbolçu qatlb.
Presssport.az xəbər verir ki, Tiraspol təmsilçisi "Qəbələ"dən ayrılan Əyyub Allaşı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı mərakeşli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, Allaş 2023-cü ilin qışında 2024-cü ilin yayına kimi "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC