Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Hasney El Ayubini qəbul edib.
Presssport.az xəbər verir ki, qonaqları salamlayan nazir onlara ölkəmizdə məktəblilərin idmanla məşğulluğu və bu sahədə görülən işlər barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür edib.
Görüş zamanı ölkəmizlə beynəlxalq federasiya arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC