"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransına görüşlə bağlı danışmaqla başlayıb.
- Oyun gözlədiyimiz kimi ağır keçdi. "Qəbələ" xoşagəlməz vəziyyətdədi. Buna görə də onlar birinci hissədə müdafiəfə yaxşı oynadılar. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi. Məncə, yaxşı oyun keçdi. İkinci hisssədə bir qol vurduq. Rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası, qələbə qazandıq və 3 xalı əldə etdik.
- Sol cinah müdafiəçiniz Azər Salahlı ilk hissədə səhvlərlə yadda qaldı. Eyni mövqedə oynayan Aəzr Əliyev də tez-tez zədələnir. Bu mövqedə olan problemi necə aradan qaldıracaqsınız?
- Sizinlə razı deyiləm. Salahlı pis oynamadı. Sadəcə, bu, onun mövqeyi deyil. Azər Əliyev zədəlidir deyə Salahlını həmin mövqedə istifadə edirik. Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabətə girişəcək. Düşünmürəm ki, hər hansı yeni oyunçu komandaya cəlb olunacaq.
- Sol cinahda Lebon, Mirzov və Konte kimi oyunçular var. Sağ cinah isə Rəhmanın ümidinə qalıb. Bu mövqe ilə bağlı nə düşünürsünüz?
- Konte sağ cinahda oynayır. Sadəcə, bu gün belə əvəzetmə etdik.
- Artıq ikinci matça çıxdınız. Oyun planında müsbət və sizi narahat edən məqamlar hansılardı?
- Bu komandanın keyfiyyəti var. Hazırda bir az səbr etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbr edib keyfiyyəti artırmaq mümkündü.
- Sıx qrafikə qədəm qoyursunuz. 10 gündə "Sumqayıt"la üç dəfə qarşılaşacaqsız. Eyni rəqiblə qısa müddətdə tez-tez üz-üzə gəlmək motivasiya baxımından necə olacaq?
- Bu, işimizdi. Burda olan hər kəs peşəkardı. Əlbəttə ki, eyni komanda ilə ard-arda üç dəfə oynamaq asan deyil. Amma peşəkarıq, işimizi icra edəcəyik.
- Komanda uzun ötürmələrə daha çox bel bağlayır. Bu, rəqibə uyğun olaraq qurulan sistemdi?
- Oyunda dərinliyi axtarmağa çalışırıq. Geriyə ötürmə atdıqdan sonra sürətli cinah oyunçularını hücuma cəlb etmək istəyirik. Ona görə də belə uzun ötürmələr olur.
- Qarşınıza Premyer Liqada ikinci olmaq və kuboku qazanmaq məqsədi qoyulub. Bu məqsədə çatacağınızdan əminsiniz?
- Məncə, komanda keyfiyyətinə görə buna qadirdi. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər ols, buna nail olmaq mümkündü. Yerinə yetirə bilməsək, baxarıq görək nələr baş verəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC