Millimizin futbolçusu Rahil Məmmədov karyerasını yenidən Polşada davam etdirəcək.
Presssport.az Polşa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçimiz bu ölkənin yüksək liqası təmsilçisi “Radomyak” klubu müqavilənin bütün şərtlərini razılaşdırıb.
Tərəflərin 2 illik müqavilə imzaladığı bildirilir.
Eyni zamanda, Rahilin daha yaxşı maliyyə şərtləri ilə Azərbaycan klublarından təklifi də olub. Lakin o, Polşada qalıb çıxışını davam etməyi seçib.
Xatırladaq ki, Məmmədov bu ilin yanvarında keçdiyi LKS-dən aşağı liqaya düşdüyü üçün ayrılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC