“Bu, Avropa çempionatının finalı da ola bilərdi. Lakin düşünürəm ki, futbol səviyyəsində oyun bərabər keçəcək”.
Presssport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO-2024-ün 1/4 final oyununda Almaniya yığmasıyla oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.
Onun fikrincə, bərabər oyun olacaq: "Almaniya həmişə matça həqiqətən güclü başlayır. Ona görə də buna qarşı çıxmağa çalışacağıq. Həm də çalışacağıq ki, ilk dəqiqədən təşəbbüsü ələ keçirə. Həmişə işimizi görməyi düşünürük. Onu fikirləşmirik ki, Almaniya öz işinin öhdəsindən gələcəkmi...”
İspaniyalı mütəxəssis deyib ki, rəqibləri güclü tərəflərini minimuma endirməyə və zəif cəhətlərindən istifadə etməyə çalışacaqlar: “Oxşar xüsusiyyətlərimiz var. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq. Çox məsuliyyət hiss edirik".
De la Fuente karyeralarını Almaniyada davam etdirən futbolçuları haqda da söz açıb: "Təbii ki, Almaniyada çıxış etmək təcrübəsi olan Dani Olmo və Alejandro Qrimaldo ilə çox danışmışam. Onlar həmişə bizə alman futbolunun müəyyən tərəflərindən bəhs edir. Amma onların milli komandasını çox yaxşı tanıyırıq və bütün futbolçularım oyuna hazırdı. Oyun planımız dəyişməyəcək. Bir və ya iki kadr dəyişikliyi ola bilər, ancaq plan əvvəlki kimi qalacaq”.
Xatırladaq ki, İspaniya - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC