“Qarabağ” təlim-məşq toplanışı üçün bu gün Avstriyaya yola düşüb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi toplanış çərçivəsində iyulun 9-da saat 14.30-da "Kayzerslautern" (Almaniya), 20:00-da isə "Viktoriya" (Plzen, Çexiya) klubları ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandasının Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Toplanış iyulun 17-dək davam edəcək.
Xatırladaq ki, “Qarabağ” çıxış edəcəyi Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayaraq “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək. Ağdamlıların ilk görüşü səfərdə olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC