Kyokuşin karate üzrə Azərbaycan millisinin üzvü Cavid Kazımlı Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Presssport.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 16-17 yaş qrupunda +75 kq çəki dərəcəsində bu mükafata sahib çıxıb.
Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk döyüşünü tam qələbə ilə bitirib. O, 2-ci döyüşünü bu gün keçirəcək.
Onu da bildirək ki, Azərbaycan yarışda 12 idmançı ilə təmsil olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC