İlham Əliyev Türkiyə millisini təbrik etdi: "Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev X sosial şəbəkəsində paylaşım edib.

Presssport.az xəbər verir ki, ölkə başçısı Türkiyə milli komandasını AVRO-2024-də 1/4 finala yüksəlməsi münasibətilə təbrik edib. 

İlham Əliyev həmçinin, Avstriya yığmasıyla matçda "bozqurd" simvolu göstərdiyi üçün Merih Demirala verilən 2 oyunluq cəzanın ədalətsiz olduğunu bildirib: "Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC