"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, Rəşad Sadiqovun komandası ilk turda Latviya təmsilçisi “Auda” ilə görüşüb. Ağdam təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim 2, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə 1 qol vurub.
İkinci turda İsveç “Hasselbi”si ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim 2, Əli Əliyev və Sahib Aliyev hərəyə 1 qola imza atıb.
Ağdmalılar Estoniyanın “NF Academy” klubunu da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl 3cü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.
Onu da bildirək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC