Türkiyənin Bolu şəhərində futbolçu Merih Demiralın heykəli ucaldılacaq.
Presssport.az xəbər verir ki, bu barədə Bolu Bələdiyyə Başçısı Tanju Özcan məlumat verib.
O, AVRO-2024-ün Avstriya yığmasıyla matçında (2:1) "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının müdafiəçisinin heykəlinin yaxın zamanda ucaldılacağını açıqlayıb.
Özcan UEFA-nın Merihə verdiyi 2 oyunluq cəzanı şiddətlə qınayıb və futbol qurumunu da tənqid edib. Boluda Merihin heykəlini ucaldacağına da söz verən bələdiyyə başçısı “Avropa gəlsin məni də cəzalandırsın” deyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC