Misir millisinin futbolçusu Əhməd Refaat dünyasını dəyişib.
Presssportaz xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
“Fyuçe”nin 31 yaşlı hücumçusu Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matçın bitməsinə 2 dəqiqə qalmış yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun infarkt keçirdiyi bəlli olub.
Millisində 7 matçda 2 qol vuran Əhməd peşəkar karyerasında 211 oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC