Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib. Presssport.az xəbər verir ki, tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Seminarda Bakı ilə yanaşı Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər.
AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC