Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında Niderland - Türkiyə matçıyla bu mərhələyə yeku n vurulub.
Presssport.az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə müdafiəçi Samet Akaydının qolu ilə türklər açıb.
Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin müdafiəçisiStefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Bundan 6 dəqiqə sonra isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla rəqibin yarımfinala yüksəlməsində pay sahibi olub.
Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Onu da bildirək ki, Berlindəki Olimpiya Stadionundakı matçı izləmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəlmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC