Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıb.
Presssport.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb.
Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçi uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan Bağırov gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.
Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan Karsanov Avropa çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC