Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında baş tutan İngiltərə - İsveçrə matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Presssport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının sağ cinah yarımmüdafiəçisi Bukayo Saka olub.
Saka İngiltərə - İsveçrə matçının 80-ci dəqiqəsində İngiltərə yığmasının bərabərlik qolunu vurub.
Xatırladaq ki, oyun penaltilər seriyasına qədər uzanıb və ingilislər zərbələri daha dəqiq yerinə yetirərək (5:3) yarımfinala vəsiqə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC