Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 finalında Niderland yığmasına 1:2 hesabıyla uduzduqları matçdan sonra soyunub-geyinmə otağına enərək milli komandasının futbolçuları ilə görüşüb.
Pressssport.az xəbər verir ki, qarşılaşmanı Berlin Olimpiya Stadionunda izləyən dövlət başçısı matçdan sonra soyunub-geyinmə otağına enərək milli futbolçuları təbrik edib.
Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda bunlar qeyd olunub: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib”.
Xatırladaq ki, Türkiyə prezidenti UEFA-nın millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsini göstərməsinə görə haqsız qərarından - 2 oyunluq cəzasından sonra komandaya dəstək olmaq üçün Almaniyaya yollanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC