Montella AVRO-2024-dən sonra Türkiyənin daha hörmətli görünəcəyini sayır: "Bütün futbolçularımın alnından öpməliyik"

“90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıq. Nəyimiz varsa, ortaya qoyduq. Düşünürəm ki, çempionatda çox yaxşı çıxış etdik”.

Presssport.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında Niderland yığmasına qarşı keçirdikləri oyundan sonra deyib.

İtaliyalı mütəxəssis 1:2 hesabıyla uduzaraq turnirlə vidalaşdıqları matçda komandanın meydanda can qoyduğunu, bacardığı hər şeyi göstərdiyini söyləyib: "Böyük həvəslə oynayan komandayıq. Həmkarlarım, bir çox mütəxəssis və digər peşəkarlar da bu çempionatdakı performansımıza bizi təbrik etdi. Xeyli gənc oyunçumuz var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi, gördükləri sevgini həqiqətən haqq edir. Hamısının alnından öpməliyik. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək".

Montellanın sözlərinə görə, bu turnirdən sonra rəqiblər onlara fərqli gözlə baxacaqlar: “Avropa çempionatının ən gənc komandası idik. Bu komandayla qürur duyuram. Möhtəşəm bir ruhla, türk ruhu ilə oynadılar. Uduzmağımıza rəğmən Türk xalqı bizi tanıyır. Rəqiblər daha böyük hörmətlə yanaşacaq”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC