"Bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək, yaxşı nəticələr qazanacağıq” - "Araz-Naxçıvan"ın yeni transferi

"Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba 3 gündür komanda ilə məşqlərdə iştirak edir.

Presssport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında ilk olaraq “qırmızı-ağlar" seçməsinin səbəbini izah edib: “İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdı. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burda olmaqdan xoşbəxtəm”.

İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb: “Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək, yaxşı nəticələr qazanacağıq”.

Jatoba Azərbaycan çempionatı haqda da danışıb: “Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdu. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidi. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC