Mikayıl Cabbarov Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc güləşçiləri təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

“Serbiyada keçirilən U20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.

- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.

- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.

- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.

Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC