Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" ilk oyununu keçirib.
Presssport.az xəbər verir ki, "kimyaçılar" Rusiya Premyer Liqa təmsilçisi "Orenburq"a 1:2 hesabı ilə məğlub olub.
Komandanın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bölüşərək, yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdiklərini vurğulayıb: "Orda daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik.
Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC