Ancelkoviç Mirzovla Rusiyada komanda yoldaşı oldular

"Zirə”nin sabiq legioneri Nemanya Ancelkoviçin yeni klubu müəyyənləşib. 

Presssport.az xəbər verir ki, 27 yaşlı serbiyalı müdafiəçi karyerasını Rusiyanın “Ximki” klubunda davam etdirəcək. Nemanya yeni klubuna azad agent kimi qoşulub. 

Xatırladaq ki, Ancelkoviç 2021-23-cü illərdə “Zirə”nin şərəfini qoruyub. O, “qartallar”ın heyətində meydana çıxdığı 55 matçda 1 qol vurub. 

Serb müdafiəçi ötən mövsümü isə Rusiyanın I Liqa klubu “Akron”da keçirərək, onunla Premyer Liqaya vəsiqə qazansa da, qarşılıqlı razılıq əsasında klubdan ayrılıb. 

Onu da bildirək ki, “Ximki”yə bu yay “Neftçi”nin rusiyalı sabiq yarımmüdafiəçisi Reziuan Mirzov keçib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC