“Neftçi”nin Premyer Liqanın XX turunda “Qəbələ”ni məğlub etdiyi matç (3:1) yeni transferi Brayan Moreno üçün uğurlu alınıb. Presssport.az xəbər verir ki, “ağ-qaralar”a Antalyadan qoşulan Brayan Moreno bu görüşdə həm debüt edib, həm də komandasının sonuncu qoluna imza atıb.
25 yaşlı kolumbiyalı hücumçu klubun televiziyasına açıqlamasında debütü haqda təəssüratlarını bölüşüb: “Bilirdik ki, çətin oyun olacaq. Buna baxmayaraq, qələbə qazanmalı idik ki, turnir cədvəlində yerimizi yaxşılaşdıraq. Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm. Ümid edirəm ki, bu, digər qollarımın başlanğıcı olar”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC