“Ferentsvaroş”un idman direktoru Tamaş Haynal yeni transferləri Kadi Borges haqda danışıb.
Presssport.az xəbər verir ki, klub rəsmisu 28 yaşlı braziliyalı yarımmüdafiəçini "Qarabağ"da çıxış edərkən onlara qarşı oyunlarda bəyəndiklərini vurğulayıb: "Kadini təqdim etməyə ehtiyac yoxdu. Çünki bir müddət əvvəl onun bacarıqlarını şəxsən təcrübədən keçirmişik. Çempionlar Liqasında “Qarabağ”la oyunda onun komandamıza qarşı necə oynadığını görmüşdük. O, istər fiziki hazırlığı, istərsə də öz fərdi oyunu ilə seçilir. Kadi daimi qol təhlükəsi yaradan, səviyyəli və təcrübəli oyunçudu. Onun mümkün qədər tez uyğunlaşmasını gözləyirik. Elə ilk vaxtlardan Kadi hücumda bizə çox kömək edəcək".
Xatırladaq ki, Kadili "Qarabağ" 2022/23 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Ferentvaroş"la mübarizədən qalib (1:1. 3:1) ayrılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC