Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 2 yoxlama oyunu keçirəcək.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniya II Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Qurban Qurbanovun komandası 2-ci oyunda Çexiya yüksək liqa təmsilçisi, vaxtilə avrokuboklarda 2 müxtəlif vaxtda görüşdüyü "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.
Xatırladaq ki, "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.
9 iyul
I oyun
14:30. "Kayzerslautern" - “Qarabağ”
Velli Arena İmst
II oyun
20:00. "Viktoriya Plzen" - “Qarabağ”
Vestendorf
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC