Almaniyada təşkil olunan AVRO-2024-də İspaniya və Fransa yığmaları arasında yarımfinal oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.
Presssport.az xəbər verir ki, ispanların hücumçusu Lamin Yamal görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
16 yaşlı sağ cinah yarımmüdafiəçisi 21-ci dəqiqədə baxımlı qolla komandasının bərabərlik topunun müəllifi olub.
Onu da bildirək ki, Yamal həmçinin Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu adını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC