"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi”.
Presssport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Avstriyada keçirdikləri iki yoxlama matçı haqda da fikirlərini bölüşərək, ilk oyun gününün yaxşı alındığını vurğulayıb: "İki yaxşı rəqiblə qarşılaşdıq. Hava çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.
Qurbanov Avstriyada davam edən təlim-məşq prosesi haqda da danışaraq, hazırlığın vacib olan ikinci mərhələsində olduqlarını söyləyib: "Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdi. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.
Xatırladaq ki, “Qarabağ” dünən lk yoxlama matçında "Kayzerslautern"ə 1:3 uduzub, Çexiyanın “Viktoriya” (Plzen) klubunu 2:1 məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC