"Neftçi"ni daha bir legioner tərk edə bilər.
Presssport.az xəbər verir ki, “ağ-qaralar”ın macarıstanlı futbolçusu Mark Tamaşa İtaliyadan təklif gəlib.
Bu haqda həmin ölkənin mətbuatı məlumat yayıb.
Bildirilir ki, Tamaş İtaliya B Seriyası təmsilçisi “Reccina”nın transfer siyahısında yer alıb. İtaliyalılar təcrübəli mərkəz müdafiəçisinin keçidini bu yay həll etməyi planlaşdırır.
Bu yerdə bildirək ki, Markla daha əvvəl Polşanın “Puşça” klubu maraqlanırdı.
Xatırladaq ki, Tamaşın keçən mövsümdən çıxış etdiyi “Neftçi”ylə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC