Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda ilk oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Tahir Baxşıyevin komandası ev sahibləriylə görüşüb.
Qarşılaşma albanların 60:56 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq U-16 millimiz növbəti oyununu iyulun 10-da saat 16:30-da Moldova yığmasına qarşı keçirəcək. Bir gün sonra saat 16:30-da isə Malta millisi rəqibimiz olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC