Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Bahar İspaniyadakı toplanış çərçivəsində hazırlığı dəyərləndirib.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan israilli mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı oyunlaradək hazır olacaqlarnı hesab edir: "Şərait ən yüksək səviyyədə idi. Mənə elə gəlir ki, təkmilləşdirməli olduğumuz çox şey üzərində işləmişik. İntensiv məşq etdik və inanıram ki, indi komanda toplanışın əvvəlindən qat-qat yaxşılaşıb. “Sabah” və “Hapoel”ə (Beer Şeva) qarşı oyunlara qədər hazır olacağıq”.
Xatırladaq ki, “Makkabi” “Sabah”ı iyulun 25-də Macarıstanda qəbul edəcək, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC