“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai TV-də yayımlanan “Bol idman” verilişinə geniş müsahibə verib.
Presssport.az xəbər verir ki, bir çox məsələlərdən danışan 52 yaşlı mütəxəssis Azərbaycan millisindən ayılması haqda sualı da cavablandırıb: “Getdiyim yerdən çox danışmaq istəmirəm. Niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin. Millidə mən özüm getmədim. Sadəcə, ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədi. Müzakirədən sonra bildirildi ki, səninlə yolları ayırırıq. Yəni, millidən getməyim bu cür oldu”.
Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib: “Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun hardan qaynaqlandığını bilmirəm. Bəlkə də siyasi gedişdi, bilmirəm. Eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdı. Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi Qrupla bağlı nə fikirləşirsiniz? Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni, milli komanda məsələsi yenə eyni quruma aiddi. Yenə orda eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni, sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.
Xatırladaq ki, Qurbanov 2018-ci ildə millimizi çalışdıraraq, 2 iş yeri olub.
https://www.youtube.com/watch?si=9t3wrYH6Q_9MT1dN&fbclid=IwAR0vr0NOAaS1N9bp1pR8U4y2xrJVfvP4dwIw-Wkto-lXAk5AulbGq6tDfMI&v=fYh1bbHHaRg&feature=youtu.be
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC