Almaniyada təşkil olunan AVRO-2024-də bu gün 2-ci finalçının adına aydınlıq gələcək.
Presssport.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaq.
İngiltərə 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını 2:1 hesablı əzmkar qələbəylə mübarizədən kənarlaşdırıb.
10 iyul
23:00. Niderland - İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
Xatırladaq ki, ilk yarımfinalda Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC