“Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq”.
Presssport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Şerif"lə oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:
"Şerif" ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Bununla belə, düşünürəm ki, komandamız buna hazırdı. Heyətlərinə bir neçə yeni futbolçular cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik. Hər iki komanda üçün mövsümün ilk matçı olacaq".
Xatırladaq ki, "Şerif" - "Zirə" oyunu iyulun 11-də saat 21:00-da “Şerif” İdman Kompleksində baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC