Amerika Kubokunda 2-ci yarımfinal oyunu keçirilib.
Presssport.az xəbər verir ki, Kolumbiya və Uruqvay millilərinin görüşündə birincilər fasiləyə az qalmış vurduqları qolla minimal hesabla qalib gəlib və finala yüksəlib.
Onu da bildirək ki, kolumbiyalılar 45+1-ci dəqiqədə futbolçusu qırmızı vərəqə aldığına görə matçın yarısını azlıqda oynamalı olub.
Onu da bildirək ki, Kolumbiya finalda Argentina ilə qarşılaşacaq. Həlledici görüş iyulun 15-i keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC