“Daha bir tarix yazmaq istəyirik” - millimizin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində iyulun 12-də, “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb:

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah çox vacib oyuna çıxacaqlarını söyləyib: “Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazana biləriksə, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdı”.

Əsgərob rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildiklərini də vuğrulayıb: "Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, B liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan görüşü saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC